Niderland millisi rəsmi turnirlər tarixində ən böyük məğlubiyyətlə üzləşib

Niderland yığması rəsmi turnirlər tarixində ən böyük məğlubiyyətini alıb.

"Report" "Stats Foot"a istinadən xəbər verir ki, bu, noyabrın 16-da UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Almaniya ilə oyunda reallaşıb.

Bu, rəqibinə 0:5 hesabı ilə məğlub olan "narıncılar"ın rəsmi turnirlər tarixində ən böyük məğlubiyyəti olub.

Bundan başqa, komanda 1959-cu ildən bəri ilk dəfə ən azı 5 top fərqi ilə uduzub. Həmin vaxt Almaniya Federativ Respublikası yığması yoldaşlıq görüşündə rəqibini 7:0 hesabı ilə darmadağın edib.

Xatırladaq ki, Niderland yığması qrup mərhələsini 11 xalla ikinci pillədə başa vurub və 1/4 finalda iştirak hüququ qazanıb.

Digər xəbərlər