"Neftçi" və "Sabah" klubları cərimələndi

AFFA İntizam Komitəsi "Neftçi" və "Sabah" klublarını cəzalandırıb. 

"Report"un məlumatına görə, paytaxt təmsilçilərini öz futbolçuları ziyana salıb. 

"Neftçi" "Keşlə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçında 5 oyunçusunun sarı vərəqə alması səbəbindən 800 manat cəriməyə məruz qalıb. Eyni məbləğdə cəriməni "Sabah" "Sumqayıt"la qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəməli olacaq.  

Qeyd edək ki, "Neftçi" evdə "Keşlə"ni 3:1, "Sabah" isə "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə yenib. 

Digər xəbərlər

NBA oyunu təxirə salınıb 09 yanvar, 2026 / 09:41
UEFA Bavariyanı cəzalandırıb 08 yanvar, 2026 / 23:22