Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb

Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi iki oyun üçün heyəti açıqlanıb.

Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Baş məşqçi Ayxan Abbasov UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteyn, yoldaşlıq oyununda isə Andorra seçməsi ilə üz-üzə gələcəyi matçlar üçün heyətə 27 futbolçunun adını daxil edib.

Nr. Adı / Soyadı Klub
1 Şahruddin Məhəmmədəliyev Qarabağ
2 Aydın Bayramov Zirə
3 Emil Balayev Neftçi
4 Bədavi Hüseynov Qarabağ
5 Elvin Bədəlov Neftçi
6 Anton Krivotsyuk Tedjon Hana Sitizen (C. Koreya)
7 Rahil Məmmədov Turan Tovuz
8 Rəhman Daşdəmirov Sabah
9 Rüfət Abbasov Neftçi
10 Toral Bayramov Bursaspor (Türkiyə)
11 Eşqin Əhmədov Qəbələ
12 Tellur Mütəllimov Sabah
13 Qismət Alıyev Zirə
14 Oruc Məmmədov Şamaxı
15 Fərid Yusifli Şəfa
16 Rüfət Abdullazadə Hapoel Kiryat Şimona (İsrail)
17 Namik Ələsgərov Kəpəz
18 Murad Məmmədov Pafos (Yunanıstan)
19 Abdulla Xaybullayev Sabah
20 Aleksey İsayev Sabah
21 Xəyal Əliyev Sabah
22 Emil Mustafayev Sumqayıt
23 Emin Mahmudov Neftçi
24 Nihat Əhmədzadə Sumqayıt
25 Mahir Emreli Rakuv (Polşa)
26 Musa Qurbanlı Qarabağ
27 Lorenzo Mezzotero Sampdoriya (İtaliya)

Qeyd edək ki, Lixtenşteynlə qarşılaşma noyabrın 13-də, Andorra ilə görüş isə noyabrın 16-da keçiriləcək.

Digər xəbərlər