DÇ-2028: Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri bəlli olub.

Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib.

XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikola Jeliç və Nina Nakiçə tapşırılıb.

Matçın "timekeeper"i Hidayət Feyzullayev, hakim-inspektoru Ancelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Ştefan Kammerer (Almaniya) olacaq.

Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də, saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.

Digər xəbərlər