"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb.

Qeyd edək ki, Moldova seçməsi noyabrın 13-də doğma meydanda Qazaxıstanla, 16-da isə səfərdə Farer adaları ilə üz-üzə gələcək.

Digər xəbərlər