Meksika klubu "Qarabağ"ın sabiq futbolçusunun transferini açıqlayıb

"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikada davam etdirəcək.

"Report"un məlumatına görə, "Pumas" klubu 29 yaşlı hücumçunun transferini açıqlayıb.

Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"ın formasını geyinən Olavio Juninyo cari ilin əvvəlində Braziliya təmsilçisi "Flamenqo"ya keçmişdi.

Digər xəbərlər

London klubu antirekorda imza atıb 21 dekabr, 2025 / 12:37