PSJ Markinyosla yeni müqavilə imzalamaq istəyir

Fransanın PSJ klubu futbolçusu və kapitanı Markinyosla sözləşmənin müddətini uzatmaq niyyətindədir.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu 32 yaşlı müdafiəçiyə 2029-cu ilədək nəzərdən tutulan yeni müqavilə təklif edib.

Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, Markinyos 2013-cü ildən PSJ-də çıxış edir. Onun klubla hazırkı sözləşməsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Digər xəbərlər