"Real" Arda Gülərlə müqavilənin müddətini uzatdığını açıqlayıb

İspaniyanın "Real" klubu futbolçusu Arda Gülərlə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2032-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyə millisinin üzvü 2023-cü ildən "kral klubu"nun formasını geyinir.

Digər xəbərlər