Braziliya yığması yoldaşlıq oyununda Sinqapuru böyük hesabla məğlub edib

Futbol üzrə Braziliya millisi beynəlxalq yoldaşlıq matçında Sinqapurla üz-üzə gəlib.

"Report"un məlumatına görə, Sinqapur Milli Stadionunda baş tutan oyun Braziliya seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə Vinisius Junior 9, 15 və 21-ci dəqiqələrdə fərqlənərək het-trik müəllifi olub. Qonaq komandanın digər qollarını Endrik (31), Estevao (51) və Rayan (65) vurublar.

Sinqapur yığmasının üzvü Raul Suhaymi isə 74-cü dəqiqədə avtoqolla diqqət mərkəzinə düşüb.

Digər xəbərlər