"Kəpəz" - "Qarabağ" oyunu üçün bilet satışında rekord qeydə alınıb

Misli Premyer Liqasının XII turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu üçün bilet satışında rekord qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Qarşılaşma üçün bir sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda yerlərin təxminən 55%-i deməkdir.

Xatırladaq ki, qarşılaşma noyabrın 22-də Gəncə şəhər stadionunda saat 17:00-da start götürəcək. Cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə (15000 nəfər) qeydə alınıb.

Digər xəbərlər