Şəhid Fikrət Məmmədovun oğlu Xankəndi stadionunda topa ilk toxunuşu edib

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol oyunu start götürüb.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində keçirilən "Xankəndi" – "Karvan-Yevlax" matçından əvvəl topa ilk toxunuşu 44 günlük Vətən müharibəsində şəhid olmuş Fikrət Məmmədovun oğlu İbrahim edib.

O, meydana xüsusi dəvətlə gələn veteran futbolçular Samir Ələkbərov, Emin Salmanov və Münis Abdullayevin müşayiəti ilə topa ilk toxunuşu edib.

Rəmzi mərasimdən sonra qarşılaşmaya start verilib. Oyunu stadiondan təxminən 3000-ə yaxın azarkeş izləyir.

Qeyd edək ki, Xankəndi şəhər stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Digər xəbərlər