Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilib

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilib.

"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, sözügedən arenada I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu baş tutub.

VIII turun qarşılaşmasında Yevlax təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

3000-ə yaxın azarkeşin arenadan izlədiyi qarşılaşmada qolları 67-ci dəqiqədə İbrahim Əliyev və 77-ci dəqiqədə Obicon Onyeka vurublar.

Bu nəticədən sonra "Karvan-Yevlax" 16 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri 6 xalla səkkizincidir.

Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Digər xəbərlər