"Keşlə" Gürcüstan klubunun sabiq futbolçusu ilə müqavilə imzaladı

"Keşlə" komandası futbolçu Nicat Qurbanovla müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilin sonuna qədər paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Nicat Qurbanov karyerası ərzində "Simurq", "Neftçi", AZAL, "Zirə", "Kəpəz", "Sumqayıt" və son olaraq Gürcüstanda "Samtrediya" klubunda çıxış edib.

Digər xəbərlər