"Çelsi" azarkeşlərinin davranışına görə 150 min funt sterlinq cərimələnib

İngiltərə Futbol Assosiasiyası (FA) "Çelsi" klubunu azarkeşlərinin davranışına görə 150 min funt sterlinq məbləğində cərimələyib.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, buna London təmsilçisinin fanatlarının İngiltərə Kubokunun III raundunda "Çarlton"a 5:1 hesabı ilə qalib gəldikləri matçdakı hərəkətləri səbəb olub.

Paytaxt klubunun tərəfdarları qarşılaşma zamanı katolikləri və irlandiyalıları təhqir edən şüarlar səsləndiriblər.

"Çelsi" təqsirini etiraf edib və azarkeşlərin ayrı-seçkilik xarakterli davranışını pisləyib.

Digər xəbərlər