İtaliyanın "Yuventus" klubu A Seriyasının digər təmsilçisi "Montsa"nın hücumçusu Quştavu Varelanı əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, idman direktoru Frederik Massara artıq Lombardiya təmsilçisi ilə ilkin təmas qurub.
Lakin Turin klubu bu keçid uğrunda İngiltərənin "Liverpul", "Tottenhem" və "Brentford" komandaları ilə rəqabət aparmalı olacaq.
Q.Varela 9 qol və 1 məhsuldar ötürmə ilə A Seriyasının bombardirlər yarışına başçılıq edir. O, həmçinin İtaliya Kubokunun I raundunda "Avellino"ya qarşı görüşdə dublla yadda qalıb.
Qeyd edək ki, forvardın "Montsa" ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" portalı oyunçunun dəyərini 5 milyon avro qiymətləndirir.