"Napoli"nin qapıçısı Aleks Meret zədə səbəbindən "Torino" ilə oyunu buraxacaq

İtaliyanın "Napoli" komandasının qolkiperi Aleks Meret zədə səbəbindən A Seriyasının XII turunda "Torino"ya qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş şənbə günü - noyabrın 21-də Neapoldakı "Dieqo Armando Maradona" stadionunda baş tutacaq.

A.Meret məşq zamanı xəsarət alıb. Tibbi müayinə nəticəsində onda beşinci bel fəqərəsinin sınığı aşkarlanıb. Futbolçu artıq reabilitasiya prosesinə başlayıb.

Qeyd edək ki, oyunçu cari mövsümdə ölkə çempionatında 10 matçda meydana çıxıb və onlardan 2-də qapısını toxunulmaz saxlayıb.

Digər xəbərlər