"Real Madrid" İspaniya La Liqasının 13-cü turunun ev oyununda "Selta"nı 2:1 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, görüşün 6-cı dəqiqəsində Pablo Duran qonaqları irəli çıxarıb.
38-ci dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltini reallaşdıra bilməyib. Birinci hissədə başqa qol vurulmayıb.
Görüşün ikinci yarısında ev sahibləri buraxdıqları topun əvəzini çıxıblar. Əvvəlcə 66-cı dəqiqədə Cud Bellinqem fərqlənib, sonra 85-ci dəqiqədə Karlos Espi komandasının qələbə qolunu vurdu.
Qələbədən sonra "kral klubu" xal sayını 33-ə çatdırıb və bu göstəriciyə görə turnir cədvəlində lider olan "Barselona" ilə bərabərləşib. Katalanlar artıq bu gün evdə "Vilyareal"la oynayacaqlar.