İngiltərə Çempionşipində çıxış edən "Sauthempton" klubu baş məşqçisi Tonda Ekkertlə müqavilənin müddətini uzadıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssislə 2029-cu ilədək sözləşmə imzalanıb.
2025-ci ildən əsas heyətə müvəqqəti rəhbərlik etməyə başlayan Ekkertin dövründə "müqəddəslər" Çempionşipdə keçirdikləri 48 matçda 96 xal toplayıblar.
O, ötən mövsüm komandanı turnir cədvəlində 21-ci pillədən 4-cü yerə yüksəldib, həmçinin İngiltərə Kubokunun yarımfinalınadək irəliləyib.
Qeyd edək ki, hazırda "Sauthempton" 24 xalla 7-ci pillədə qərarlaşıb. Ekkert komandaya rəhbərlik etdiyi dönəmdə ev oyunlarını keçirdikləri "Sent-Meris"də ölkə çempionatı çərçivəsində cəmi 1 məğlubiyyətlə üzləşib.