III MDB Oyunları çərçivəsində futbol yarışlarına start verilib.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, Azərbaycanın U-16 millisi Tacikistanla qarşılaşıb.
Görüş Aqil Nəbiyevin rəhbərlik etdiyi yığmanın qələbəsi ilə başa çatıb - 1:0.
Qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə rəqib qapısından keçirib.
Qeyd edək ki, III MDB oyunlarında futbol yarışına oktyabrın 3-də yekun vurulacaq.