Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treymanis olacaq.
D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.