21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşündə məğlub olub

Bakı. 19 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

"Report" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovinanın eyni yaş qrupundan olan komandası ilə üz-üzə gəlib. 

Qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan yığması bundan öncəki yoxlama matçında Ukraynaya 0:1 hesabı ilə uduzub. 

Xəbər lenti

Talaçay çayından sel keçir 15 iyun, 2025 / 09:36