"Mercedes"in britaniyalı pilotu Corc Rassell "Formula 1" üzrə Sinqapur Qran-prisinin seçmə mərhələsində qalib gəlib.
"Report" xəbər verir ki, "Red Bull" komandasının pilotu Maks Ferstappen ikinci, "McLaren"dən Oskar Piastri isə üçüncü olub..
Əsas yarış oktyabrın 5-də, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, sentyabrın 21-də "Red Bull" pilotu Maks Ferstappen "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olub.