Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen 2026-cı il mövsümünün "Formula 1" üzrə dünya çempionatının 17-ci – Sinqapur Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

"Report" xəbər verir ki, yarış həftəsonu "Marina-Bey" şəhər trasında keçirilir.

İkinci yeri monakolu Şarl Lekler ("Ferrari") tutub. Üçüncü isə onun komanda yoldaşı, britaniyalı Lüis Hemilton olub.

Ferstappen ardıcıl ikinci Qran-pridə təsnifat mərhələsini qazanıb və karyerasında 50-ci poulu əldə edib.

Əsas yarış oktyabrın 11-də, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Digər xəbərlər