Liam Louson "Racing Bulls" komandası ilə müqaviləsinin müddətini uzadacaq.
"Report" "The Race"ə istinadən xəbər verir ki, yeni zelandiyalı pilot son Braziliya Qran-prisində 8-ci yeri tutmaqla komandadakı mövqeyini möhkəmləndirib.
Rəsmi bəyanatın noyabrın 20-dən 22-dək təşkil olunacaq Las-Veqas Qran-prisindən əvvəl verilməsi gözlənilir.
Qeyd edək ki, L.Louson 2026-cı il mövsümünün 22 mərhələsindən 20-sinin yekununa əsasən pilotların şəxsi hesabında 8-ci sırada yer alır, onun britaniyalı komanda yoldaşı Arvid Linblad isə 11-ci pillədədir.