"Maklaren" komandasının britaniyalı pilotu Lando Norris 2026-cı il "Formula 1" üzrə dünya çempionatının 20-ci mərhələsi olan Braziliya Qran-prisinin sıralanma turunda birinci yeri tutub.
"Report" xəbər verir ki, yarışlar San-Paulu şəhərindəki Joze Karlos Pase adına "İnterlaqos" avtodromunda keçirilir.
İlk üçlüyə "Mercedes" komandasının iki pilotu – britaniyalı Corc Rassel və italiyalı Kimi Antonelli də daxil olublar.
Əsas yarış bazar günü keçiriləcək. Start Bakı vaxtı ilə saat 21:00-a təyin edilib.
Qeyd edək ki, "Mercedes"in italiyalı pilotu Kimi Antonelli daha əvvəl mövsümün başa çatmasına vaxtından əvvəl "Formula 1" çempionu olub.