Oliver Berman 2027-ci ildə də "Haas"ın heyətində çıxış edəcək

Britaniyalı "Formula 1" pilotu Oliver Berman 2027-ci ildə də "Haas" komandasının şərəfini qoruyacaq.

"Report" ABŞ təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı sürücü üçün qarşıdakı mövsüm kollektivdə üçüncü tam yarış ili olacaq.

O, ümumilikdə "Formula-1"də 48 starta çıxıb və 71 xal toplayıb.

O.Berman 2025-ci ildə kollektivin əsas pilotu olub. Onun ən yaxşı nəticəsi həmin il Meksika Qran-prisində tutduğu 4-cü yerdir.

Qeyd edək ki, 2027-ci ildə britaniyalı sürücünün komanda yoldaşı 21 yaşlı braziliyalı Rafael Kamara olacaq. "Haas" onunla müqavilə imzaladığını oktyabrın 15-də açıqlayıb.

Digər xəbərlər