Portuqaliya Qran-prisi rəsmən "Formula 1" təqviminə daxil ediləcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Formula 1"in baş direktoru Stefano Domenikali bildirib.
Yarışın 2027 və 2028-ci ildə "Alqarve" avtodromunda təşkili nəzərdə tutulub.
Qeyd edək ki, Portuqaliyada ilk Qran-pri 1958-ci, sonuncu isə 2021-ci ildə keçirilib. Sonuncu yarışın qalibi "Mercedes" pilotu Lüis Hemilton olub.