Oskar Piastri: "Azərbaycandakı yarışın fərqli olacağına dair heç bir işarə yoxdur"

Azərbaycandakı yarışın fərqli olacağına dair heç bir işarə yoxdur.

"Report"un məlumatına görə, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Maklaren" komandasının pilotu Oskar Piastri Bakıdak yarışdan əvvəl mətbuat konfransında deyib.

O, həftəsonu yaxşı mübarizə aparmağa çalışacaqlarını söyləyib: 

"Komanda daxilində yaxşı müzakirələrimiz olub. Bir çox məsələləri aydınlaşdırmışıq. Necə yarışacağımızı dəqiq bilirik. Bu da ən vacib şeydir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında keçiriləcək.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32