"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının 23-cü mərhələsi – Qətər Qran-prisinin qalibi olub.
"Report"un məlumatına görə, yarış Lusaildə baş tutub.
İkinci yerdə "McLaren"dən Oskar Piastri finişə çatıb, üçüncü isə "Williams"ı təmsil edən ispaniyalı Karlos Sains olub.
Dünya çempionatının son – 24-cü mərhələsi 5–7 dekabr tarixlərində Əbu-Dabidə keçiriləcək.