Məşhur "Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüblər

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində pilotlar ilə "Fan Forum" təşkil olunub.

"Report"un məlumatına görə, tədbir Dənizkənarı Bulvar ərazisində yerləşən Fan Zonada keçirilib.

Məşhur sürücülər azarkeşlərlə görüşərək, onların suallarını cavablandırıblar.

Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar "Formula 1" ulduzlarını yaxından görmək imkanı əldə ediblər.

Bugünkü "Fan Forum"da "Racing Bulls", "Williams", "McLaren", "Kick Sauber" və "Aston Martin" komandalarının üzvləri iştirak ediblər. Şənbə günü digər pilotlarla görüş nəzərdə tutulub.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32