Teodora Georgiyeva: "IGB-nin ötürmə qabiliyyətini genişləndirmək üçün 15 milyon avro lazım olacaq"

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) ötürmə qabiliyyətinin genişləndirilməsi üçün 15 milyon avroya yaxın vəsait tələb olunacaq.

Bu barədə “Report”a müsahibəsində IGB qaz kəmərinin operatoru olan “ICGB” şirkətinin icraçı direktoru Teodora Georgiyeva bildirib.

“Biz artıq infrastrukturun genişləndirilməsi üzrə hazırlıq mərhələsinə başlamışıq: ötürmə qabiliyyətinin ildə 5 milyard kubmetrə çatdırılması üçün layihələndirmə, icazələrin alınması və tender sənədlərinin hazırlanması üzərində iş gedir. Bu genişləndirmə sadəcə texniki yenilənmə deyil, eyni zamanda, Avropa qaz sisteminin dayanıqlığı və əlaqələndirilməsinə strateji investisiyadır”, - o bildirib.

“Bizim tərəfimizdən əsaslı xərclərin məbləği çox azdır, çünki kompressor stansiyasının tikintisi DESFA-nın məsuliyyət zonasına daxildir. Buna baxmayaraq, hətta nisbətən az məbləğdə belə biz yüksək səmərəliliyi və rəqabət qabiliyyətini qorumağa çalışırıq. Biz maliyyələşdirməyə aşağıdakı yanaşmanı optimal hesab edirik: ilk növbədə, qrantlar, daha sonra xarici maliyyənin cəlb edilməsi və yalnız son mərhələdə səhmdarların investisiyaları”, – icraçı direktor qeyd edib.

Onun sözlərinə görə, bu yanaşma bizə Cənub və Şaquli qaz dəhlizlərinin dayanıqlığını və strateji istiqamətini qoruyub saxlamağa imkan verir.

Həmçinin o da vacibdir ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərində "Şahdəniz-2" layihəsindən başqa, mümkün tədarük də daxil olmaqla, yeni qaz həcmləri haqqında məlumat təqdim edilib. Əgər Cənub Qaz Dəhlizində əlavə həcmlər olarsa, bu, genişləndirmənin xeyrinə ciddi arqument olacaq. Biz əminik ki, Azərbaycandan olan tərəfdaşlar ən etibarlı tərəfdaşlardır. IGB ilə təchizatın dayanıqlığı bu layihənin zəruriliyinin əsaslandırılmasını yalnız gücləndirəcək”, - T.Georgiyeva əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti