Azərbaycan və BP şirkəti arasında birgə enerji layihələrinin inkişafı müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.
P. Şahbazov qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin qaz ehtiyatlarının işlənilməsi, "Şahdəniz" və "Qarabağ" layihələrinin inkişafı, BP-nin enerji infrastrukturunun elektrikləşdirilməsi, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.