Enerji təchizatı məsələsi Almaniyanın Azərbaycanla əməkdaşlığının əsas istiqamətlərindən biridir.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Azərbaycan - bizim enerji iqtisadiyyatımızın əvəzolunmaz dayağıdır və biz bu sahədə uğurlu, etibarlı əməkdaşlığa görə təşəkkür edirik. Hesab edirəm ki, indi biz bu əməkdaşlığı konkret olaraq genişləndirməliyik. Biz bu məsələni müzakirə etdik", - Y.Vadeful bildirib.
O əlavə edib ki, iqtisadi şuranın yaradılması həlledici əhəmiyyət kəsb edir və onu ən qısa müddətdə formalaşdırmaq lazımdır: "Mən həmkarım Katerina Rayxedən (Almaniyanın federal iqtisadiyyat və energetika naziri - red.) xahiş edəcəyəm ki, Azərbaycandakı həmkarı ilə fəal şəkildə qarşılıqlı əlaqə qursun".