İstismara verildiyi tarixdən bu ilin noyabr ayına qədər Sumqayıt Elektrik Stansiyasında 51 milyard kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, stansiya ümumi gücü 525,3 MVt olmaqla, gücü 168,3 MVt olan 2 ədəd qaz və gücü 188,7 MVt olan 1 ədəd buxar turbinindən ibarətdir.
Qeyd edək ki, Sumqayıt Elektrik Stansiyası 2009-cu il noyabrın 19-da istismara verilib.