Azərbaycanda 10 ayda hasil edilmiş neft və qazın həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41 milyard 942,6 milyon kubmetr təbii qaz hasil edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 31 milyard 775,7 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,4 %, əmtəəlik qaz hasilatı isə 1,5 % azalıb.

Ötən 10 ayda Azərbaycanda 22 milyon 235,9 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 22 milyon 134 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə olaraq müvafiq olaraq 3,5 % və 3,7 % % azdır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35
Azərbaycan nefti cüzi bahalaşıb 18 noyabr, 2026 / 09:33