"Qazprom" 2031-ci ilə qədər Ermənistanın qaz infrastrukturuna 394 milyon dollar sərmayə qoyacaq

Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası "Qazprom Ermənistan" QSC-nin (Rusiyanın "Qazprom" ASC-nin törəmə şirkəti) 2026-2030-cu illər üçün investisiya proqramını təsdiqləyib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu dövrdə investisiyalar təxminən 150,35 milyard dram (təxminən 394 milyon dollar) təşkil edəcək.

İnvestisiya proqramının əsas istiqamətlərinə Abovyan yeraltı qaz anbarı stansiyasının genişləndirilməsi; qaz nəqli sisteminin genişləndirilməsi, bərpası və yenidən qurulması; yeni abonentlərin qoşulması; İrəvanın qaz təchizatı sistemində yeni tutumların təmin edilməsi daxildir.

Digər xəbərlər

Azərbaycan nefti 2 % ucuzlaşıb 17 dekabr, 2025 / 09:29