"Masdar": Azərbaycan enerji keçidində əsas tərəfdaşımızdır

Azərbaycan enerji keçidi yolunda "Masdar" (BƏƏ) şirkətinin əsas tərəfdaşıdır.

"Report" xəbər verir ki, bunu "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıqov Bakıda "İnklüzivliyin təşviqi: Azərbaycanın yaşıl enerjiyə keçidində qadınların iştirakı üçün maneələr və imkanlar" adlı konfransda bildirib.

Onun sözlərinə görə, "Masdar"ın bərpa olunan enerji mənbələri sahəsindəki layihə portfeli 65 GVt-dan çoxdur, lakin məqsəd 2030-cu ilə qədər 100 GVt-a çatmaqdır: "Missiyamız ölkələrdə təkcə infrastrukturun qurulmasına deyil, həm də davamlı, inklüziv iqtisadiyyat və mühitin yaradılmasına dəstək göstərməkdir. Azərbaycan bu yolda əsas tərəfdaşdır. Biz ölkədə xarici investisiya hesabına həyata keçirilən sənaye miqyaslı ilk günəş enerjisi layihəsi olan, təxminən 110 000 evi ekoloji cəhətdən "təmiz enerji" ilə təmin edən "Qaradağ" günəş elektrik stansiyasını reallaşdırdığımız üçün qürur duyuruq".

Lakin şirkət nümayəndəliyinin rəhbəri qeyd edib ki, bu keçidin uğuru yalnız meqavatlarla müəyyən edilməyəcək: "Bu keçid insanlar, yeni nəsil mütəxəssislər yetişdirmək bacarığı və bu transformasiyanın inklüziv xarakter daşıdığına əminliklə müəyyən ediləcək".

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 28 aprel, 2026 / 09:33