Biləsuvar şəhərinə qazın verilişi bərpa olunub - YENİLƏNİB

Biləsuvar şəhərinin bir hissəsinə qazın verilişi bərpa edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhərdəki qaz xəttində baş verən sızma aradan qaldırılıb.

Qeyd edək ki, bu gün şəhərin H.Əliyev prospekti istiqamətindəki qaz xəttində qeydə alınan sızma nəticəsində rayon mərkəzinin bir hissəsi qazsız qalmışdı.

Biləsuvar şəhərində qaz xəttində sızma olub, rayon mərkəzinin bir hissəsi qazsız qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, sızma şəhərin H.Əliyev prospekti istiqamətində yerləşən xətlərdən birində qeydə alınıb.

Nəticədə şəhərin bir hissəsinin qaz təchizatı dayandırılıb.

Hazırda həmin ərazidəki xətdə təmir-bərpa işləri aparılır.

Digər xəbərlər