2023-cü ilin ilk ayında Azərbaycandan xaricə 2,84 milyon ABŞ dolları dəyərində 3 min 879 ton "Aİ-92" markalı avtomobil benzini göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə tədarük həyata keçirilib.
Həmin marka benzin ancaq Türkiyəyə ixrac olunub.
Hesabat dövründə Azərbaycana “Aİ-92” markalı benzin idxal olunmayıb.
Qeyd edək ki, ötən il ərzində Azərbaycandan xaricə (ancaq Birləşmiş Ərəb Əmirliklərinə) 30 min 753 ton “Aİ-92” benzini ixrac edilib.