Energetika Nazirliyinin Kollegiyası "Texniki xidmətin nəticəsinə dair akt"ın formasını təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.
Eyni zamanda "Texniki xidmətin nəticəsinə dair akt"ın formasının təsdiq edilməsi haqqında" Energetika Nazirliyinin Kollegiyasının 19 may tarixli 2022-ci il tarixli qərarı ləğv edilib.
Bu qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.