Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 52,389 milyon ABŞ dolları dəyərində 50 min 442 ton "Aİ-92" markalı avtomobil benzini alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 dəfə, kəmiyyət olaraq – 10 dəfə çoxdur.
Hesabat dövründə Rusiyadan 45,348 milyon ABŞ dolları dəyərində 43 min 012 ton, Türkmənistandan 7,041 milyon ABŞ dolları dəyərində 7 min 430 ton benzin gətirilib.
Bir il 9 aylıq fasilənin ardından Rusiya və Türkmənistandan tədarük bərpa edilib.