Azərbaycan neft emalının həcmini açıqlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,6 milyon tona yaxın neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin ilk üç ayı ilə müqayisədə 0,1 milyon ton və ya 5,9 % azdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-mart ayları üzrə ölkədə neftin emalı 1,7 milyon ton təşkil edib.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40