Bu ilin iyun ayında Azərbaycanda neft hasilatı sutkada 480 min barel (barel/gün) təşkil edib.
Bu barədə “Report” “S&P Global”ın aylıq icmalına istinadən xəbər verir.
İcmala əsasən, Azərbaycanın 2025-ci il üçün sutkada 551 min barel səviyyəsindəki kvotası nəzərə alınmaqla, iyunda "OPEC+" sazişi çərçivəsində neft hasilatında gerilik 71 min barel/gün təşkil edib.
Qeyd olunur ki, may ayı ilə müqayisədə Azərbaycanda gündəlik neft hasilatı göstəricisi sutkada 10 min barel artıb.