Azərbaycan 4 ölkəyə xam neft ixracını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 11 milyard 220,1 milyon ABŞ dolları dəyərində 23 milyon 800 min 444,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 32,35 % çoxdur, kəmiyyət olaraq – 8,5 % azdır.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, hesabat dövründə Azərbaycan 26 ölkəyə xam neft və xam neft məhsulları ixrac edib. Birillik ardan sonra Kanadaya, ikiillik – İndoneziyaya, üçilik fasilənin ardından İsveçrəyə və dördillik – İrlandiyaya tədarük bərpa edilib.

2021-ci ilin ilk 10 ayında xam neft və xam neft məhsulları ixrac etdiyimiz ölkələr:

Ölkə

Ton

İllik dinamika

Dəyər min ABŞ dolları

İllik dinamika

İtaliya

11 408 096,26

5,3 %

5 337 711,07

38,9 %

Xorvatiya

1 530 609,2

-2,03 %

751 238,16

67,4 %

İsrail

1 256 823,2

16,84 %

611 729,32

49,79 %

İspaniya

1 270 845,01

26,31 %

552 660,7

68,67 %

Portuqaliya

1 077 855,7

2,5 dəfə

533 986,42

3,4 dəfə

Hindistan

1 122 729,9

-5,66 %

496 009,13

20,94 %

Almaniya

791 289,4

32,46 %

405 658,07

90,37 %

Tunis

782 827,41

-2,98 %

373 764,25

27,35 %

Ukrayna

819 699,5

-19,9 %

359 630,74

34,25 %

Britaniya*

624 005,43

2,3 dəfə

312 493,08

3,6 dəfə

Belarus

452 234,57

17,89 %

216 137,67

47,57 %

Kanada

416 119,36

-

214 757,33

-

Türkiyə

411 383,38

-16,06 %

176 302,65

-2,78 %

Çexiya

299 327,19

-49,97 %

157 716,36

-26,36 %

Tailand

277 100,94

-31,56 %

134 110,72

49,43 %

Çin

277 516,67

-86,52 %

102 592,36

-73,44 %

Rumıniya

173 781,81

2,2 %

80 876,89

47,1 %

İndoneziya

173 504,81

-

87 124,86

-

Vyetnam

139 699,64

-73,07 %

72 728,56

-45,2 %

İsveçrə

90 283,35

-

48 391,61

-

Yunanıstan

89 320

-92,19 %

48 262,58

-88,04 %

Fransa

91 755,21

-65,33 %

45 737,11

-43,41 %

İrlandiya

87 840,9

-

41 737,54

-

Avstriya

80 008,75

-70,48 %

37 460,9

-63,66 %

Avstraliya

54 975,82

-69,42 %

20 884,24

-70,35 %

Rusiya

811,02

94,9 %

396,52

2,6 dəfə

* Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı

Digər xəbərlər