2021-ci ildə Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 46 479 uşaq qəbul edilib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.
2021-ci ildə paytaxt üzrə məktəbəhazırlıq qruplarına 25 444 uşaq cəlb olunub.