Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov ilə bu ölkənin təhsil, din və idman naziri Sofiya Zaxaraki arasında görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsindəki məlumatında deyilir.
"Görüşdə tərəflər təhsil sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda bildirilib.