AMEA prezidenti: Yusif Məmmədəliyevin yüksək oktanlı benzin ixtirası nadir kəşflərdəndir

Akademik Yusif Məmmədəliyevin yüksək oktanlı benzin ixtirası Azərbaycan və dünya elmi üçün nadir kəşflərdən biridir.

"Report" xəbər verir ki, bunu AMEA prezidenti İsa Həbibbəyli dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Y.Məmmədəliyev Azərbaycan elminin parlaq simalarından biridir:

"Akademikin bugünkü irsi hələ də Azərbaycan elminə töhfələr verməyə davam edir. Onun yüksək oktanlı benzin ixtirası isə Azərbaycan və dünya elmi üçün nadir kəşflərdən biridir".

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50