"Mənəviyyat" fənninin tədrisi və eyni adda dərslik hazırlanması təklif olunub

"Mənəviyyat" fənni tədris edilməli və eyni adda dərslik hazırlanmalıdır.

"Report" xəbər verir ki, bu təkliflə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Elvüsal Məmmədov "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda çıxış edib.

O qeyd edib ki, bununla bağlı layihəni Türkiyədən nümunələr götürərək reallaşdırmaq olar:

"Elm və Təhsil Nazirliyi bununla bağlı məqamı nəzərə ala bilər. Həmin dərslikdə mənəvi dəyərlər ibrətamiz hekayələr əsasında təbliğ edilə bilər".

Digər xəbərlər