Alban-Udi xristian dini icmasının üzvləri Amaras monastırını ziyarət ediblər

Alban-Udi xristian dini icması üzvlərinin Xocavənd rayonundakı Amaras monastırına səfərləri başlayıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşının məlumatına görə, Qafqaz Albaniyasının mədəni-dini irsinə mənsub olan Alban-Udi xristian dini icmasının üzvləri rayon ərazisində yerləşən, IV əsrə aid Amaras monastır kompleksini ziyarət ediblər.

İcma üzvləri monastırda dini ayinləri yerinə yetiriblər, şamlar yandırıblar, Azərbaycanda və dünyada əmin-amanlığın qorunması üçün dualar ediblər.

Digər xəbərlər