Dövlət Komitəsi: Maddi dəstək alacaq din xadimləri ilə 10 aylıq müqavilə imzalanacaq

Bakı. 3 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərinə maddi dəstəyin hansı müddətdə veriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, 2018-ci il üzrə ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğundan din xadimləri ilə müqavilə də bu müddətə bağlanacaq və dekabr ayında başa çatacaq. 

Bildirilib ki, gələcəkdə müqavilənin müddəti uzadıla bilər.

Digər xəbərlər